RU
Sumqayıtda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə olunub
23:07
415

Sumqayıtda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə olunub

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən 7news.Az-a verilən məlumata görə, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ