RU
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
18:27
140

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ