RU
Sumqayıtda “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği”  həyata keçirildi
17:34
1318

Sumqayıtda “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” həyata keçirildi

Sentyabrın 4-də tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi,  Azərbaycan Xalça Muzeyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə  təşkilatçılığı  ilə Elmin Fərruqovun  "C” kateqoriyası üzrə icra etdiyi  "Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihənin açılış mərasimi keçirilib.

Tədbiri layihənin rəhbəri Elmin Fərruqov açarq gəncləri salamlayıb və layihə haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə əsaslanaraq, "Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” layihəsi çərçivəsində həyata keçirilib. Onun sözlərinə görə layihədə əsas məqsəd,  xalçaçılıq sənətini yaşatmaq və eyni zamanda gənclər arasında bu peşə sahəsinə olan marağı artırmaqdan ibarətdir. Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq,  xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. 

Sonra  Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul və Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Səbinə Əzizova cıxış edərək mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında gənclərə ətraflı məlumatlar veriblər.  
Qeyd olunub ki,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Sonda layiədə iştirak edən gənclərə  məlumatın daha da yaddaqlan olması üçün bukletlər  və sertifikatlar təqdim olunub. Həmçinin layihənin icrası müddətində yeniyetmə və gənclərə bu peşə haqqında ətraflı məlumatların verilməsi və gəncləri bu sahə ilə daha da yaxından tanış etmək üçün Azərbaycan Xalça Muzeyinə ekskursiyalar təşkil olunması nəzərə alınıb.

Layihənin koordinatoru: Fuad Rəsul

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ