RU
Sumqayıtda “yeyib-içən” oğrular tutuldu
16:10
1103

Sumqayıtda “yeyib-içən” oğrular tutuldu

“Bilirdim ki, orada seyf var.”

Sumqayıt şəhərində bir neçə sahibkar Şəhər Polis İdarəsinə müraciət edərək onlara məxsus mağazalardan oğurluq edildiyini bildirib. 

7news.az Region TV-yə istinadən xəbər verir ki, hüquq mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri - Samir Nəcəfov, Elşad Həsənov və Şabran rayon sakini Paşa Əkbərov saxlanılıblar. 

Məlum olub ki, cinayət əməllərini Samir planlaşdırıb, Elşad və Paşanı da öz çirkin niyyətinə ortaq edib. Çayxanada razılığa gələn tanışlar əvvəlcə 18-ci mikrorayon dairəsindəki mağazaya giriblər. 

Samir Nəcəfov - saxlanılan şəxs: 

"Elşad ilə  mən mağazaya girdik, 1267 manat pulu götürüb çıxdıq".

Elşad Həsənov - saxlanılan şəxs: 

"Mən içəri girəndə, artıq, Samir pulları götürmüşdü. 2-3 saniyə qaldım orada, sonra çıxdıq çölə. Pulları cibindən çıxardı, mənə 490 manat pul verdi". 

Cinayətkar dəstənin ikinci hədəfi Samir Nəcəfovun əvvəllər çalışdığı mağaza olub. Obyektə gecə saatlarında arxa qapıdan daxil olan şəxslər seyfin içərisindəki pulları götürməyə nail olublar.

Samir Nəcəfov - saxlanılan şəxs: 

"Orada mən işləmişəm deyə, bilirdim ki, orada seyf var. Kassadan 80 manat, seyfdən 4800 manat pul götürmüşük".

Samir Nəcəfov oğurluq yolu ilə əldə edilən pulları yeyib-içməyə və istirahətə xərclədiklərini bildirib

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ