RU
Sumqayıtda zəhərlənən uşaqların vəziyyəti açıqlandı
16:10
26

Sumqayıtda zəhərlənən uşaqların vəziyyəti açıqlandı

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.

Bu barədə Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən bildirilib.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, aprelin 3-də onlardan biri ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ