21 dekabr 2015-ci il tarixdə ölkəmizdə baş vermiş manatın devalvasiyası azərbaycan cəmiyyətində insanların bir-birinə və azərbaycan dövlətçiliyinə olan münasibəti qabarıq şəkildə özünü biruzə verdi, belə ki :
1)Dolların məzənnəsinin artması banklara ABŞ dolları ilə kredit borcları olan minlərlə adi azərbaycan vətəndaşlarını təlatümə saldı. Bir an içərisində onların borcları 50% artdı, çıblərində olan pulları isə 50% dəyərdən düşdü. Minlərlə adi vətəndaş faktiki olaraq həmin gündən müflis oldu.
2)Sadə vətəndaş nə baş verdiyini başa düşmək istədiyi zaman, hüfuzlu işbazlar devalvasıyadan məharətlə istifadə edərək, “zəhmətsiz qazanc” əldə etmək yolu fikirləşdilər və həmin gün heç bir nə məntiqi, nə iqtisadi, nə elmi və nə də riyazi əsası olmayan bir qiymət artımı tətbiq etdilər. İstehsal sahələrinin, topdan satış bazalarının anbarlarında, pərakəndə satış obyektlərində, maqazaların anbarlarında və satış sahələrində olan bütün malların qiyməti 50% artırıldı.

3) Cərəyan edən hadisələrlə əlaqədar Milli Bankın rəhbər işçilərinin, deputatların, ekspertlərin verdikləri izahatlar və rəylər bir-birinə zidd, reallığa uygun olmayan fikir və söylədikləri təkliflər sadə vətəndaşları maarifləndirmək əvəzinə daha da təlaşdanmasına səbəb olur.
İndi isə yuxarıda qeyd etdiklərimizə aydınlıq gətirək:
a) Devalvasiya nəticəsində maddı ziyan dəymiş vətəndaşlara yardım etmək haqqında Milli Bankın rəhbərişçilərinin, deputatların və ekspertlərin söylədikləri bir təklif olaraq qalır və heç cür reallaşdırılmır. Hadisələrdən 20 gün keçməsinə baxmayaraq nə valyuta bazrında sabitlik yaranmış, nə də banklarla vətəndaş arasında yaranmış problemin həlli yolları açıqlanmışdır. Mətbuatda izlədiklərimiz yazılardan belə nəticə çıxarmaq olur ki, bank rəsmilərini vətəndaşların düşdüyü vəziyyətdən çox bankların vəziyyəti maraqlandırır. Hətta “Naxçıvanbankın” bu sahədə qəbul etdiyi qərar onların ürəyincə olmayıb, çünki bu qərar hazırkı dövrdə sırf əhalinin rifahına yönəldilmiş təqdirəlayiq bir qərardır. Çox təəsüf ki, buna bənzər və ya başqa bir təqdirəlayiq təklif Milli Bank tərəfindən nəinki qəbul edilməyib, heç təklif də edilməyib. Bu məsələdə əhaliyə kömək etmək məqsədi ilə Milli Bank İqtisadiyyat və sənaye nazirliyi ilə birlikdə müvafiq araşdırmalar apararaq çıxış yolu və itkilərin kompensasiya edilməsi mənbəələri aşkar edib təklif verməkləri üçün maksimum 5 qün lazım idi (lazımı məlumatların toplanmasına 2 gün; toplanmış məlumatların təhlili üçün 2 gün, təklifin hazırlanmasına 1 gün).
b) Tələb olan məlumatlar:
- son iki il ərzində banklardan xarici valyuta ilə istehlak krediti almış və 21.12.2015-ci il tarixə 30000 ABŞ dolları məbləğinə qədər kredit borcu olan, qrafik üzrə ödənişlərdə kecikməyə yol verməyən, vətəndaşların siyahısı. Neçə nəfərdir, borcları nə qədərdir və kursun dəyişməsi nəticəsində əmələ gəlmiş fərq nə qədədir .
–Bütün istehsalçıların, topdan və pərakəndə ticarət obyektlərində qiymətlərin artırılması ilə əlaqədar inventarizasiya aktlarının surətləri.
c) Toplanmış məlumatların təhlili: - inventarizasiya aktlarının təhlili zamanı ölkə üzrə 21.12.2015-ci il tarixə mövcud qiymətlərlə hesablanmış mal qalığının dəyərinin artırılmış qiymətlərlə hesablanmış dəyərləri arasında olan fərqi müəyyən etmək.Əgər bu iş çox ciddi şəkildə aparılsa, büdcəyə külli miqdarda (milyard manata yaxın) vəsaitin alınması təmin olunar. Bu fərq sonda ticarət obyektləri tərəfindən istehlakçıların (sadə vətəndaşların) əlindən zorla alınacağını nəzərə alaraq, həmin məbləği istehsalçılardan və ticarət obyektlərindən büdcəyə alınması və bu vəsait hesabına vətəndaşların ( 30000 ABŞ dolları məbləğinə qədər kredit borcu olan) istehlak kreditlərinin devalvasıya nəticəsində düşdüyü ziyanın bir hissəsinin ödənilməsinə yönəltmək məqsədə uyğun olardı. Ziyanın qalan hissəsinin bağlanması üçün isə “Naxçıvanbankın” təcrübəsindən bəhrələnmək olardı.
d) Hörmətli deputatlarımızin və ekspertlərin..... 10000 ABŞ dolları qədər borcu olanların kreditlərini silmək....təklifi qəbul edilməzdir. Borcu silmək olmaz, alınmış məbləğ geri qaytarılmalıdır.Əhalidə məsuliyyət hissi olmalıdır, ona pul bağışlamaq yox, borcu ödəməyə imkan yaratmaq lazımdır.
e) “Zəhmətsiz qazanc (mənfəət)” əldə etmək :
-mövcud təcrübə və texnoloji proseslərin həyata keçirilməsi üçün istehsal sahələrində xammal ehtiyyatı ən azı 90 günlük, topdan satış ticarət obyektlərində mal ehtiyyatı 30 günlük, pərakəndə ticarət obyektlərində isə minimum 7 günlük mal ehtiyyatı olmalıdır (söhbət xaricdən alınan xammaldan, materiallardan və hazır məhsuldan gedir). Eyni zamanda pərakəndə ticarət obyektlərində ehtiyyatda olan malların maksimum 25-30% aylıq dövriyyədə iştirak edir, 70-75% isə hərəkətsiz qalır.
Qeyd olunanlardan bu nəticəyə gəlmək olur ki, devalvasiya nəticəsində qiymət artımının həmin gün baş verməsi qeyri mümkundür.Bu, ən tez halda, 30 gün ərzində hissə-hissə, 90 gün ərzində isə tam baş verə bilər. Bu səbəbdən də işbazların qanunsuz yolla əldə etdikləri “zəhmətsiz qazanc “ (mənfəət), qeyri şərtsiz, tam məbləğdə dövlət büdcəsinə alınmalıdır. Sadə vətandaşlrın sosial durumunun təminatçısı dövlət olduğundan, qanunsuz yolla ( süni bahalşma yaratmaqla) əhalinin cıbındən məcburi çıxarılmış vəsaiti bir-bir vətəndaşlara qaytarılması mümkün olmadıından həmin vəsait dövlət büdcəsinə verilməlidir ki, dövlət bu pulları əhalinin rifahına yönləndirsin.
Biznes məqsədi ilə kredit alanlara heç bir güzəşt etmək lazım deyil, belə ki onların təqdim etdikləri biznes planlarında(xüsusi ilə ticarət sahələri) rentabellik nəzərə alınmışdır və bizneş fəaliyyəti düzgün idarə edilərək vəsaitin dövrülük müddətini qisaltdıqda, bu sahələrin kredit ödəmək imkanı yüksək olur. Eyni zamanda ticarət və xidmət sahələri qiymət artımı hesabina əlavə mənfəət əldə etmiş olurlar.
21.12.2015-ci il tarixdə baş vermiş devalivasıyadan bir gün sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlaının Müdafiəsi Dövlət Xitmətinin rəisi Zahid İsayev ANS-ə müsahibəsində bildirdi ki, “Dövlət Xidmətinin hələ fevral ayında baş verən devalivasiya zamanı süni qiymət artımının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər və iş metodu süni qiymət artımının baş verə bilmək ehtimalını bəri başdan aşkar etməyə imkan verir və bizim müdaxiləmiz nəticəsində süni qiymət artımının qarşısı demək olar ki, baş verməmiş alınır”.
Sualım cənab Zahid İsayevədir!

Sizin xidmət tərəfindən süni qiymət artımının qarşısı müsahibə yolu ilə alınır, yoxs əməli tədbirlərlə? Belə ki, əməli tədbir hiss olunmur, əgər hiss olunsaydı onda bütün ticarət şəbəkələrində (market, mağazalar, aptek və s.) 22.12.2015-ci il tarixdə malların (xüsusu ilə də ərzaq məhsullarının) qiymətlərini 30-50% qaldırmazdılar. Bu süni qiymət artımının qarşısı bu günə qədər də alınmayıb, günahkarlar haqqında mətbuatda məlumat verilməyib və tədbir görülməyib. Əhaliyə bu məlumatlar çatdırılmalıdır ki, onlarda hadisələrin gedişatına nəzarət edə bilsin, neqativ hallara qarşı mübarizə aparılmasına inam yaransın.
Müsahibə qeyd edilən digər hallar haqqında cənan Z.İsayev ümumi anlayışlar səsləndirib, əgər köklü təhlif və ya izahat versə idi, onda 22.12.2015-ci il tarixdə baş vermış faktiki sünı qiymət artımını gözlənilən hal kimi qələmə verərək, olanları ört-basdır etməzdi. Belə olmasaydı və onlar tərəfindən əməli tədbilər görülsəydi bir gün ərzində giymətlər kəllə-çarxa çıxmazdı.
Belə olduğu halda, əgər süni qiymət artımının qarşısını almaq üçünhazırlanmış Tədbirlər Planı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlaının Müdafiəsi Dövlət Xitməti tərəfindən həyata keçiriləcəkdirsə onun dövlətə və xalqa faydası olacağı şübhə altındadır.
Yasin Hüseynov
7News.az



