RU
`Süni qiymət artımının qarşısı alınıb`
13:00
1256

`Süni qiymət artımının qarşısı alınıb`

“Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı görülən işlər öz nəticəsini verməkdədir. Amma proses tam başa çatmayıb”.

7News.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, bir sıra dərmanlar var ki, onların qiymətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar işlər davam etdirilir: “Çünki bu böyük həcimli işdir. Bu işi çox qısa zamanda həyata keçirmək fiziki cəhətdən mümkün deyil. Güman edirəm ki, artıq dərman bazarında bir sabitləşmə özünü göstərməkdədir”. 

Baş nazirin müavini vurğulayıb ki, proses bundan sonra bu davam edəcək: “Ən başlıcası odur ki, dərman bazarında nizam-intizam yaradılıb. Vaxtilə dərmanların qiymətləri süni surətdə şişirdilirdi. Bunun qarşısı alınıb və güman edirəm ki, bundan sonra da biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının ailə büdcəsi, xüsusilə yaşlı insanların ailə büdcəsi bundan xeyli xeyir görüb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ