Şəhərin marketlərində yerli istehsalçılar tərəfindən istehsal edilən məhsulların qiymətlərinə baxanda çox müəmmalı bir vəziyyətin şahidi oluruq.
Belə ki: Ölkəmizdə 21.12.2015-ci il tarixdə manatın devalvasiyası baş verdı və ertəsi gündən bütün malalrın, əsasən də ərzaq məhsullarının qiymətləri süni surətdə artırıldı. Ölkədə olan əsas ərzaq istehsalçıları bu artıma “ çox təəsüf hissi ilə” hərəsi bir don geyindirməklə, KİV vasitəsi ilə, müxtəlif, heç bir elmi və praktiki əsası olmayan, izahatlarla əhaliyə yalan məlumatlar çatdırırlar ki, məhsulun tərkibində xaricdən alınan xammal və sairələr istifadə edildiyindən qiymətlərin artması qaçımaz zəruriyyətdir və istehsalçılar bunu etməyə məcburdular.
Sualımız istehsalçılaradır : 21 dekabr 2015-ci il tarixə qədər istehsal edilmiş malların istehsal prosesində istifadə edilmiş xammal və sairələ əlavələr devalvasiyadan sonrakı qiymətə necə alına bilər ki, hazır məhsulun maya dəyərinə təsir edə bilsin? Bu yalanlardan qaynaqlanan dələduzluq faktlarının sonu olacaq , yoxsa fürsətdən istifadə edən işbazlar sadə xalqın cibini boşaltmaqda davam edəcəklər?
Qeyd etdiyimiz faktların əsaslı olduğuna əmin olmaq üçün istənilən marketdə satışa qoyulmuş malların üzərindəki istehsal tarixinə baxsaq kifayətdir.
Ərzaq mallarının istehsalçıları və satıcıları bir gün ərzində qiymətləi süni yolla artırmaqla (sadəcə qiymət kağızlarını yeniləməklə) öz mal ehtiyyatlarının dəyərini (xalis gəlirlərini) bir neçə milyard manat artırdılr və sonra özlərini ziyna düşmüş əzabçeşlər kimi göstərdilər.
Ən məyusedici hal isə Milli Məclisin sonuncu işlasında millət vəkilinin .... sahibkarlara imkan verin məhsullara hansı qiyməti qoyurlar qoysunlar ... ifadəsinin işlətməsidir. Belə çıxır ki, bir qrup şəxs fürsətdən istifadə edərək qanunsuz hərəkətləri ilə sadə əhali kütləsini əzməyə çalışır, millət vəkili isə bu qeyri-qanunu hərəkətləri dəstəkləyir ? Çox təəssüf .......
İstehlak səbətinə daxil olan və ölkəmizdə istehsal edilən ərzaq məhsullarının qiyməti tam dövlət nəzarətində olmalıdır. Bu o demək deyil ki, qiymət tənzimlənməlidir, yox, bu qiymətin düzgün hesablanmasına nəzarətin gücləndirilməsi olardı.
Yaxşı olardı ki, təcili olaraq 21 dekabr 2015-ci il tarixə qədər istehsal edilmiş malların qiymətinin süni yolla artırılması nəticəsində sahibkarlar tərəfindən “zəhmətsiz” əldə edilən xalis gəlirin ( tam və ya qismən) dövlət büdcəsinə ödənilməsini təmin edən bir qanun qəbul edilsin.








