Avstraliyada ürək çatışmazlığından müalicə alan xəstə 100 gün ərzində tamamilə süni ürəklə yaşayıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, 2024-cü ilin noyabrında 6 saatlıq əməliyyatla BiVACOR süni ürək transplantasiyası əməliyyatı keçirən 40 yaşlarında olan xəstə, orqan donoru tapılana qədər 100 gün yalnız bu cihazla həyatını davam etdirib.
ABŞ-də əvvəlki sınaqlarda xəstələr orta hesabla 27 gün ərzində donor ürək tapa bildiyi halda, Avstraliyada bu xəstə dünya rekordu qırıb.
Həyata keçirilən əməliyyat orqan transplantasiyası gözləyən xəstələr üçün ümid işığı olub.








