Ermənistanın Sünik bölgəsində bazarertəsi fövqəladə hadisə baş verib.
7News.Az xəbər verir ki, saat 20:00 radələrində Qapan şəhər xəstəxanasından polisə zəng edilərək bir xəstənin silah və qəlpə yarası aldığı bildirilib.
Erməni mətbuatının yazdığına görə, polis şəxsin 32 yaşlı A.İvanov olduğunu müəyyənləşdirib. Həmçinin şəxsin mina partlaması nəticəsində yaralandığı bildirilir.
7News.Az








