2015/2016 mövsümünün yekununa əsasən Türkiyə superliqasını tərk edən klublar müəyyənləşib.
7News.az-ın məlumatına görə, "Mersin İdmanyurdu"nun ardından daha iki klub superliqa ilə vidalaşıb.
Bunlar "Sivasspor" və "Eskişehirspor" klublarıdır. Mövsümün son turunda səfərdə "Gənclərbirliyi"nə 1:3 hesabı ilə uduzan "Eskişehirspor" superliqanı tərk edib. Doğma meydanda "Fənərbaxça" ilə 2:2 bərabərə qalan "Sivasspor" da PTT 1-ci liqaya yuvarlanıb.








