"Bunu görəndə, yəni həmin supermarketdə qadın alıcıları nələrin gözlədiyini anlayanda şoka düşdüm. Hirsimdən titrəyirdim".
24 yaşlı Aleksandra Sabori ABŞ-ın Los-Anceles şəhərinin şərqində, Uitter bulvarında (Whittier Boulevard) yerləşən "Dollar Tree" diskont-marketinə alış-verişə yollanmışdı.
A.Sabori marketdə ayaqyoluya getmək istəyib. Onu ayaqyolunun qarşısında saxlayan menecer: "Xanım, tələsməyin, lütfən, gözləyin, oranı qaydaya salım", - söyləyib.
"Belə xidmət səviyyəsi, təbii ki, məni valeh etdi. Gözlədim. Menecer içəridən çıxdı və qapını örtdü: "İndi buyurun", - söylədi. Ayaqyoluya girdim. Divarın kənarındakı karton qutulardan birindəki dəlik diqqətimi cəlb etdi. Çünki dəlik çox qəribə idi. Qutuya tərəf getdim və onun qapağını qaldırıb içəri baxanda qutuda iPhone smartfonunu gördüm. Sən demə, bu telefonla ayaqyoluya girən qadınların videosu çəkilirmiş", - A.Sabori deyib.
Dərhal ayaqyoludan çıxan A.Sabori marketin menecerini çağırıb və üzləşdiyi əxlaqsızlıq barədə ona məlumat verib.
Az sonra hadisə yerinə polis çağıran A.Sabori marketi məhkəməyə verəcəyini deyib. Polisin apardığı ilkin araşdırma nəticəsində bəlli olub ki, qadınlar üçün nəzərdə tutulmuş ayaqyoluya iPhone smartfonunu yerləşdirən şəxs "Dollar Tree" marketinin meneceri Karlos Martinesdir./milli
7news.az











