Tərtər rayon prokurorluğundan 7news.az-a verilən məlumata görə şəxin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Suqovuşan kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Nuralıyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.








