RU
Şura QHT-lərə yeni proqramla bağlı məlumatlandırma təlimi təşkil edib
22:43
1059

Şura QHT-lərə yeni proqramla bağlı məlumatlandırma təlimi təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər təşkil edib.

Təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim edilməsidir. 

Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.

Təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ