RU
Suraxanıda maşın qadını vurub
13:17
389

Suraxanıda maşın qadını vurub

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, aprelin 2-də, saat 19:00 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ