Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
7news.Az Report-a istinadla xəbər verir ki, ağır vəziyyətdə olan yaralı gecə saatlarında təcili yardım maşını vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.
Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.
Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.
R.Məmmədovanın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ailə münaqişəsi zəminində, tanışı tərəfindən bıçaqlandığı müəyyənləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsində araşdırma aparılır.








