RU
Suraxanıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
11:20
95

Suraxanıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 24-də saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Suraxanı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ