RU
Suriya ilə bağlı beynəlxalq görüşün vaxtı açıqlandı
03:00
199

Suriya ilə bağlı beynəlxalq görüşün vaxtı açıqlandı

Suriya üzrə beynəlxalq görüş yanvarın 25-də Cenevrədə baş tutacaq.

Bunu BMT baş katibininSuriya üzrə xüsusi elçisinin müavini Rəmzi İzəddin Rəmzi təsdiqləyib.

“Danışıqlar yanvarın 25-də baş tutacaq”,- deyə Rəmzi jurnalistlərə deyib.

Qeyd edək ki, yanvarın 13-də Cenevrədə BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura ilə Təhlükəsizlik Şurasının beşliyinin (Britaniya, Çin, Fransa, Rusiya və ABŞ) nümayəndələri arasında görüş olub. İki saatadək davam edən məsləhətləşmələr qarşıdan gələn danışıqlara hazırlıq məqsədilə baş tutub./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ