RU
Suriya ilə Səudiyyə Ərəbistanı arasında uçuşlar 13 ildən sonra bərpa edilib
17:50
93

Suriya ilə Səudiyyə Ərəbistanı arasında uçuşlar 13 ildən sonra bərpa edilib


7NEWS.az xəbər verir ki, Suriya ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi davam edir. İki ölkə arasında münasibətlərin yenidən qurulması çərçivəsində bu gündən etibarən kommersiya uçuşları təxminən 13 ildən sonra yenidən başlayıb. Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxan Suriya Hava Yollarına məxsus ilk təyyarə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına çatıb. Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri Ayman Soussan açıqlamasında bildirib ki, uçuşların bərpası iki qardaş ölkə arasında əlaqələrin inkişafında daha bir addımdır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ