RU
Suriya müxalifəti ölkəyə 48 saat verdi
14:15
620

Suriya müxalifəti ölkəyə 48 saat verdi

Suriya müxalifətinin nümayəndələri irəli sürdükləri şərtlərinin icrasına 48 saat verəcək.

Suriya hökuməti ilə sülh danışıqları aparmaq üçün İsveçrənin Cenevrə şəhərinə gələn müxalifətin nümayəndə heyəti şərtlərinin icra olunmayacağı təqdirdə danışıqları tərk edəcəyini açıqlayıb.

BMT-nin xüsusi nümayəndəsi Steffan de Mistura ilə konsultasiya zamanı Suriya müxalifətinin Dəməşqlə danışıqlara başlamaq üçün öz şərtlərini açıqlayacağı gözlənilir. 

Nümayəndə heyətinin əsas tələbləri blokadanın aradan qaldırılması və dinc sakinlərə atəş açılmasının dayandırılmasından ibarətdir. Əgər bu şərtlər 48 saat ərzində icra olunmasa? müxalifət nümayəndələri danışıqları tərk edəcəklərini bildirirlər./anspress

7news.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ