Suriya Hərbi Hava Qüvvələri terrorçulara aid 198 hədəfi vurub.
7news.az xəbər verir ki, bunu Suriya ordusunun sözçüsü Əli Məyhub deyib.
“17-26 dekabr tarixlərində Suriya qırıcıları 168 uçuş həyata keçirib və Xums, Həma, İdlib, Hələb və Dəməşq şəhərlərində terrorçulara aid 198 hədəfi vurub. Hava zərbələri nəticəsində terrorçuların 3 qərargah mərkəzi məhv edilib. Suriya İnqilab Cəbhəsinin lideri Məhəmməd Masalimlə yanaşı, xeyli terrorçu da hava hücumları zamanı öldürülüb”, - Məyhub əlavə edib.
7news.az








