RU
Suriya ordusu elə bir təpəni ələ keçirdi ki...
00:40
352

Suriya ordusu elə bir təpəni ələ keçirdi ki...

Türkman Dağında yerləşən təpələrdən biri Baas rejiminin əlinə keçib.

Uzun müddətdir Türkman Dağında yerləşən təpələrdən birini ələ keçirmək üçün Suriya ordusu və şiə milisləri qurudan, Rusiya hərbi təyyarələri isə havadan zərbələr endirirdilər.

Strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən təpələrdən biri hava bombardmanı nəticəsində ələ keçirilib.

Qeyd edək ki bu ayın əvvəllərində Suriya rejimi dağın şimal-qərbində yerləşən mühüm zirvələrdən birini - Qızıldağı ələ keçirəndən sonra Şoranlıq, Murtlu və Dağdağana qədər irəlilədi. Bundan sonra son 3 gündür Türkman və Kürd Dağı arasında yerləşən təpəni ələ keçirməyə çalışırdı. Ələ keçirilən təpənin üstün cəhətlərindən biri odur ki, bu istiqamətdən Türkman və Kürd Dağında yerləşən bütün nöqtələri hədəf almaq mümkündür.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ