RU
Suriya ordusu hücuma keçdi - VİDEO
14:31
325

Suriya ordusu hücuma keçdi - VİDEO

Suriya ərəb ordusu İdlib əyalətində terrorçuların nəzarətində olan mövqelərə irimiqyaslı hücuma başlayıb.

Bu barədə "Al-Masdar News” məlumat yayıb.

Toqquşmalar Xan-Şeyxun şəhərinin cənubunda qeydə alınıb. Hama əyalətində olan hərbçilərin məlumatına görə, Suriya ordusu "Həyat Təhrir Əş-Şam” qruplaşmasından olan terrorçulara ağır zərbə endirib. Suriya ordusu əməliyyatı yaraqlıların Məsyəf şəhərində hökumət qüvvələrinə aid mövqelərə etdiyi hücuma cavab olaraq həyata keçirib.

Bundan əvvəl, Rusiya Hava Qüvvələrinin İdlibin deeskalasiya zonasında qanunsuz silahlı  birləşmələrə dəqiq aviazərbələr endirdiyi barədə məlumat yayılıb. Rusiyanın Müdafiə Nazirliyi yayılan xəbəri təkzib edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ