RU
Suriya ordusu ilə İsrail hərbçiləri arasında silahlı toqquşma olub
20:03
48

Suriya ordusu ilə İsrail hərbçiləri arasında silahlı toqquşma olub

Suriyanın cənub-qərbində yerləşən Dəra şəhərində Suriya ordusu ilə İsrail hərbçiləri arasında toqquşma baş verib.

Bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Xatırladaq ki, bu gecə İsrail Hərbi Hava Qüvvələri Suriya ordusunun hərbi aerodromlarına irimiqyaslı hava zərbəsi endirib.

Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, insident nəticəsində onlarla mülki şəxs və hərbçi yaralanıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ