RU
Suriya ordusu İsrail qırıcısını vurduğunu açıqlayıb
12:05
523

Suriya ordusu İsrail qırıcısını vurduğunu açıqlayıb

Suriya ordusunun hərbçiləri İsrailə məxsus bir qırıcı və bir pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

7News.Az Reuters-ə istinadən xəbər verir ki, SANA agentliyi hadisənin sentyabrın 13-nə keçən gecə, İsrail tərəfinin əl-Kuneytra bölgəsində Suriya ordusunun mövqelərinə zərbə endirərkən baş verdiyini bildirib. 

Pilotların taleyi barədə xəbər verilmir.

İsrail ordusunun mətbuat xidməti hadisə barədə heç bir şərh verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ