Suriyanın hökumət ordusu Dəməşq su mənbəyinə nəzarəti ələ keçirib.
Hökumət qüvvələri şirin su mənbəyi Əyn-əl-Fici terrorçulardan azad edib. Əraziyə Suriya bayrağı sancılıb.
Qeyd edilir ki, hərbçilər ölkə paytaxtının yaxınlığında yerləşən Əyn-əl-Fic kəndinə hərəkə ediblər. Ordu döyüşçülərlə razılaşma çərçivəsində su mənbəyinə nəzarəti ələ keçiriblər.
Razılaşmaya eyni zamanda terrorçuların təbii su mənbəyinin olduğu rayonu tərk etmələri də daxil edilib. Bu su mənbəyi Dəməşq sakinlərinin əsas içməli su mənbəyidir./olke.az
7news.Az








