RU
Suriya ordusu Türkiyə ərazisindən minaatanlardan atəşə tutulub
23:45
348

Suriya ordusu Türkiyə ərazisindən minaatanlardan atəşə tutulub

Suriya ordusu Türkiyə ərazisində yerləşən Cəbəl əl-Akra dağlarından minaatanlardan atəşə tutulub.
Bu barədə jurnalistlərə Suriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əli Mayhub bildirib.
"Ötən gecə Türkiyə ərazisində yerləşən Cəbəl əl-Akra dağları tərəfdən Suriyanın hökumət qüvvələrinin bölmələri minaatanlardan intensiv şəkildə atəşə tutulub", — deyə Mayhub brifinqdə bildirib.
"Suriya ərəb ordusunun baş komandanı bu cür davranışların təhlükəli olması barədə xəbərdarlıq edir", — deyə Suriya nümayəndəsi diqqətə çatdırıb./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ