Suriya ordusu Hələb yaxınlığındakı strateji Han Tuman qəsəbəsini İŞİD terrorçularından azad edib.
7news.az xəbər verir ki, bu barədə məlumatı Hizbullaha yaxın “Əl Manar” televiziyası yayıb.
Xəbərə görə, hökumət qüvvələri qəsəbəyə 3 qoldan hücum edib. Əməliyyat nəticəsində 70 yaraqlı öldürülüb, xeyli terrorçu isə İdlibə doğru geri çəkilib.
Qəsəbənin terrorçulardan azad olunması hökumət qüvvələrinin bölgədə güclənməsinə və Hələbin qərbinə doğru irəliləməyə imkan verəcək.
7news.az








