Suriya prezidenti Şara xanımı ilə restoranda qəhvə içərkən görüntülənib
7News.az xəbər verir ki, Suriya prezidenti Əhməd Şəra həyat yoldaşı Lətifə əl-Durubi ilə birlikdə rəsmi protokolu və sərt təhlükəsizlik tədbirlərini bir kənara qoyaraq mülki geyimdə ictimaiyyətə qarışıb. Paytaxt Dəməşqdə bir restoranda birlikdə qəhvə içərək söhbət edərkən kameraya tuş gələn cütlük, rahat və mehriban rəftarları ilə ölkədə xeyli diqqət çəkib.