İsveçrənin Сenevrə şəhərində Suriya üzrə BMT, ABŞ və Rusiya arasında üçtərəfli siyasi məsləhətləşmələr çərçivəsində görüş keçirilib.
7news.az TASS-a istinadən xəbər verir ki, sözügedən görüş iki saatdan çox davam edib.
Məsləhətləşmələrdə ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Enn Paterson, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura və Rusiya Xarici İşlər nazirinin müavini Qennadi Qatilov iştirak edib.
Qeyd edək ki, görüşdə “Suriyaya dəstək qrupu"nun növbəti görüşünə hazırlıq məsələləri müzakirə olunub.
7news.az








