Mayın 1-də Əmmanda keçirilən sammitdə ərəb ölkələri şərt qoydular ki, vətəndaş müharibəsində dağıdılan Suriyaya kömək üçün Dəməşq administrasiyası narkotiklərlə qəti mübarizə aparmalıdır.
7NEWS.az xəbər verir ki, Suriya və İordaniya ordusu və kəşfiyyat xidmətlərinin rəhbərləri müştərək sərhəddə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün görüş keçirib. İordaniyanın paytaxtı Əmmanda keçirilən görüşdə istehsal və qaçaqmalçılıq resursları ilə narkotik təhlükəsi ilə mübarizədə əməkdaşlıq ətraflı müzakirə edilib. İclasda İordaniya Baş Qərargah rəisi Yusuf əl-Huneyti və Kəşfiyyat İdarəsinin rəisi general-mayor Əhməd Hüsni, Suriya müdafiə naziri general-leytenant Əli Mahmud Abbas və kəşfiyyat rəisi general-mayor Husam Luka iştirak ediblər.
İclasda Suriya və İordaniya nümayəndə heyətləri qaçaqmalçılıq və bütün bölgə üçün artan bu təhlükəyə qarşı görüləcək tədbirləri nəzərdən keçirib.
7NEWS.az








