İordaniyanın xarici işlər naziri Eymen əs-Safedi Suriyanın paytaxtı Dəməşqə rəsmi səfəri çərçivəsində prezident Bəşər Əsədlə görüşüb.
7NEWS.az xəbər verir ki, İordaniyanın xarici işlər naziri Safedi rəsmi danışıqlar aparmaq üçün Dəməşqə gedib. Nazir Safedi səfəri çərçivəsində Suriya prezidenti Əsəd və Suriyanın xarici işlər naziri Feysəl Mikdad ilə görüşüb.
Görüş zamanı suriyalı miqrantların ölkələrinə qayıtması və ikitərəfli münasibətlər müzakirə olunub.
7NEWS.az








