RU
Suriyada 10 kənd azad olundu
21:26
327

Suriyada 10 kənd azad olundu

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib şəhərindən 25 km aralıda yerləşən Kın vadisini "Cəbhə ən Nüsrə" silahlılarından azad edib.

7news.az APA-ya istinadən bildirir ki, bunu Suriya ordusunun nümayəndəsi general Samir Süleyman bildirib.

"Xama əyalətinin şimalında yerləşən Kın vadisi tamamilə azad edilib. Burada 10-dək yaşayış məntəqəsi bizim nəzarətimizə keçib", deyə general vurğulayıb.

Bundan əvvəl Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Xama əyalətinin şimalında Əl Baxsu şəhərini azad edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ