Suriyanın Hələb şəhərinin qərbindəki Şeyx Süleyman bölgəsində yerləşən təlim düşərgəsinə qarşı həyata keçirilən hərbi hava əməliyyatları nəticəsində "Fetih el Şam” təşkilatının (keçmiş adı "El Nusra cəbhəsi” adlanır) 120 hərbiçisi öldürülüb.
7News.az xarici mediaya istinadən xəbər verir ki, hələlik hava zərbələrinin Rusiya və ya ABŞ təyyarələri tərəfindən edildiyi dəqiq məlum deyil.
Ancaq "Fetih el Şam” təşkilatına yaxın olan mənbələr hücumun ABŞ döyüş təyyarələri tərəfindən edildiyini iddia edir.
7News.az








