Suriyanın İdlib şəhərində ardıcıl 4 partlayış olub.
7news.az Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 nəfər ölüb, 70-dən çox insan xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Partlayış zamanı ətrafdakı binalara ziyan dəyib.
Səlahiyyətli şəxslər partlayışın bomba yüklü avtomobillərlə həyata keçirildiyini ehtimal edirlər.








