Astana görüşündə alınan qərara əsasən, Suriyada atəşkəsə üçtərəfli mexanizm nəzarət etməli idi
Artıq mexanizm işə düşüb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Rusiyalı nazir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil edilən rus-ərəb əməkdaşlığı forumunda iştirak edir. Forumda çıxış edən Lavrov bildirib ki, Suriyada atəşkəsə nəzarət etmək üçün Rusiya, Türkiyə və İran tərəfindən yaradılan mexanizm işə düşüb. Suriya rejimi atəşkəsə riayət edir.
Sergey Lavrov eyni zamanda bildirib ki, Rusiya İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində İraqa silah məsələsində dəstək verib.
Nazir Mosulda İŞİD-ə qarşı aparılan mübarizənin insan haqlarını nəzərə alaraq sona qədər davam etməli olduğunu qeyd edib. Lavrov həm də ərəb dövlətlərini İŞİD-in nəzarəti altında olan ərazilərlə ticarəti qadağan etməyə dəvət edib. Türkiyə və İraq arasındakı münasibətlərin normallaşması Rusiya tərəfindən xoş qarşılanır./olke.az
7news.Az








