RU
Suriyada döyüşən danimarkalı qız:
17:23
478

Suriyada döyüşən danimarkalı qız: "İŞİD-çiləri öldürmək çox asandır" - FOTOLAR

Danimarkadan olan tələbə Coanna Palani İraq və Suriyaya gedərək PKK-nın qolu olan YPG-yə qoşulub.

Orada bir il döyüşdükdən sonra isə gənc qız ölkəsinə göndərilib.

Danimarkada siyasət elmləri fakültəsində təhsil alan Palani Suriya və İraqda İŞİD-ə qarşı döyüşdükdən sonra ABŞ və İngiltərə mediasının diqqətini cəkib.

Vice News-un verdiyi xəbərə görə, 2014-cü ildə Kopenhagendən Şimali İraqa qaçan 23 yaşlı qız PKK-nın digər qolu PYD-yə qoşulub.

Vice News-un müxbirinə yaşadıqlarını bildirən Palani: "İŞİD terrorçularını öldürmək çox asandır", - deyə bildirib.

Hazırda ölkəsinə qaytarılan Palani Kopenhagendə siyasət elmləri və fəlsəfə üzrə təhsilini davam etdirir.

Qeyd edək ki, Palani İran kürdü Peşmərgənin qızı və nəvəsidir. O, Ramadidə qaçqın düşərgəsində 1993-cü ildə dünyaya gəlib. Gənc qızın ailəsi Körfəz müharibəsi zamanı ölkəsini tərk edib.

7News.az


Suriyada döyüşən danimarkalı qız:
Suriyada döyüşən danimarkalı qız:
Suriyada döyüşən danimarkalı qız:
Suriyada döyüşən danimarkalı qız:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ