RU
Suriyada hava zərbələri nəticəsində 64 nəfər öldü
10:13
313

Suriyada hava zərbələri nəticəsində 64 nəfər öldü

Suriya ordusuna məxsus hərbi təyyarələrin Dəməşq yaxınlığına endirdiyi hava zərbələri nəticəsində 53 dinc sakin ölüb, yaralananlar var.

Əraziyə ciddi ziyan dəyib, bir çox binalar dağılıb.

Hücumun cümə namazından əvvəl həyata keçirildiyi, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Homs vilayətində isə Rusiya hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində 4-ü uşaq və 4-ü qadın olmaqla 11 nəfər ölüb./lent

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ