Suriyanın şimal-şərqində vertolyotun qəzaya uğraması nəticəsində 22 amerikalı əsgərin yaralandığı, səbəbi hələ müəyyən edilmədiyi açıqlanıb.
7NEWS.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, iyunun 11-də Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ əsgərinin müxtəlif dərəcədə yaralandığı bildirilib.
Bildirilib ki, yaralanan əsgərlərə tibbi yardım göstərilib, onlardan 10-u CENTCOM-dan kənarda "reanimasiya şöbələrinə” yerləşdirilib.
7NEWS.az








