RU
Suriyada hərbi məktəbə PUA-nın hücumu nəticəsində ən azı 89 nəfər ölüb
16:12
59

Suriyada hərbi məktəbə PUA-nın hücumu nəticəsində ən azı 89 nəfər ölüb


Suriyanın Homs şəhərində hərbi məktəbin buraxılış mərasiminə PUA-nın hücumu nəticəsində həyatını itirənlər üçün dəfn mərasimi keçirilib.

7NEWS.az xəbər verir ki, Suriyanın Homs şəhərində hərbi məktəbin buraxılış mərasiminə silahlı pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində ən azı 89 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hərbçi tələbələrin ailələrinin də qatıldığı mərasimdə partlayıcı yüklü PUA ilə hücumda çox sayda qadın və uşaq həyatını itirib. Suriya Səhiyyə Nazirliyi 31 qadın və 5 uşaq olmaqla 89 nəfərin öldüyünü açıqlayıb. Hücumda həyatını itirənlər üçün həmin gün dəfn mərasimi təşkil edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ