Kremlin reaksiyası.
İnternetdə guya suriyalı qiyamçıların Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurduqlarını əks etdirən görüntülər yayılıb.
Videokadrlarda hansısa zədə aldığı görünməsə də, yüksəkliyi sürətlə itirən təyyarə yer alıb.
Videoya əlavə edilən yazıda Suriya qiyamçılarının təyyarəni Rusiya Hərbi-Hava Qüvvələri tərəfindən bombardmana məruz qalan Hama səmasında vurduqları bildirilir.
Kadr arxasında ərəb nitqi aydın eşidilir, amma videonun doğruluğunu hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Kremldə YouTube-də yerləşdirilmiş, guya suriyalı yaraqlılar tərəfindən vurulmuş Rusiya hərbi təyyarəsini əks etdirən kadrları şərh etmirlər, RİA Novosti xəbər verir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bilirsiz, mən YouTube-da peyda olan videoçarxları şərh etmirəm. Burada Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsaslanmağı təklif edirəm”, - Peskov sualı cavablandırarkən bildirib./oxu
7news.az








