RU
Suriyada məktəblilər öldürüldü - Video
17:05
322

Suriyada məktəblilər öldürüldü - Video

Rusiya mediası dünən səhər bombalanan, azı 5 uşağın öldüyü Suriyanın Hələb şəhərindən reportaj hazırlayıb.

Hücum səhər saatlarında, məktəblilərin dərsə getdiyi vaxta təsadüf edib.

Hələbdən olan balaca oğlan baş verənləri belə təsvir edib: "Uşaqlar məktəbə gedəndə minomyot hücumu başladı. Bir neçə insan öldü. Mən onları tanıyırdım, onlar mənimlə eyni məktəbdə oxuyurdular”.

Yerli sakinlər biri isə deyir ki, bu vəhşiliyə son qoyulmalıdır: "Məktəblilər öldülər, mənim şagirdlərim. Qızlardan birinin çantasında buterbrod, bir butulka su və atasının verdiyi pul vardı. Onlar mənim şagirdlərim idilər. Deyəcək sözüm yoxdur. Bunu edənlər sadəcə vəhşilərdir”.

Xəstəxanaya yerləşdirilən yaralı oğlanlardan biri isə ağlayaraq əmisi oğlunun gözlərinin qarşısında parça-parça olduğunu deyir.

Qeyd edək ki, dünən səhər baş verən bombardmanda 5 uşaq ölmüş, 50 nəfər isə yaralanmışdı. Ölənlərin sayının isə artacağı istisna edilmir. Belə ki, minomyot hücumuna məruz qalan bəzi rayonlara təcili yardım briqadasının getməsi hələ ki, mümkün olmayıb.

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ