7NEWS.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra dinc sakinlərlə yanaşı kitablar da azad edilib. Suriyada Əsəd rejiminin uzun illər tətbiq etdiyi senzura səbəbindən nəşr oluna bilməyən İslami əsərlər, fəlsəfə və müxtəlif sahələrdə kitablar artıq yenidən nəşr oluna bilər. Fikir azadlığını məhdudlaşdıran əsərlərin çapını qadağan edərək rejimin ideologiyasına zidd fikirlərin yayılmasının qarşısını almağı hədəfləyən Əsəd rejiminin devrilməsi ilə ictimaiyyət yenidən istədikləri kitabları əldə edə bilir.








