RU
Suriyada savaş bitdi
10:34
1238

Suriyada savaş bitdi

Suriyada hökumət qüvvələri ilə müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.

7News.Az Rusiay KİV-nə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası yekdilliklə atəşkəs rejimini dəstəkləyən qətnamə qəbul edib.

Qətnamədə vurğulanır ki, Suriya hökumət qüvvələri və müxalif birləşmələr döyüş əməliyyatlarının dayandırılması şərtlərini qəbul etdikləri barədə Rusiya və ABŞ-ı məlumatlandırıblar.

“Atəşkəs rejiminə əməl olunduğu halda, münaqişə tərəfləri nümayəndələrinin növbəti görüşü martın 7-də keçiriləcək”, - deyə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib.

Qeyd edək ki, Rusiya-Amerika sazişinə əsasən Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minib. Lakin hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və `Əl-Qaidə`nin Suriya filialı olan `Cebhat-ən-Nüsra` terror təşkilatlarına şamil olunmur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ