Deyr əz-Zor əyalətində SDQ ilə ərəb qəbilə döyüşçüləri arasında baş verən qarşıdurmada ən azı 7 nəfərin öldüyü, 19 nəfərin yaralandığı iddia edilib.
7NEWS.az xəbər verir ki, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində Suriya Demokratik Qüvvələri (SDQ) ilə ərəb qəbilələri arasında baş verən qarşıdurmalarda ən azı 7 nəfərin öldüyü bildirilib. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) ölən 7 nəfərdən 3-nün mülki, 3-nün ərəb qəbilə döyüşçüləri və birinin SDQ üzvü olduğunu bildirib. SOHR ən azı 19 mülki şəxsin yaralandığını iddia edib.
7NEWS.az








