RU
Suriyada
14:20
330

Suriyada "Təhrir Şam"ın beş səhra komandiri zərərsizləşdirildi

Suriyanın İdlib vilayətində "Heyət Təhrir Şam" (keçmiş "Cəbhat ən-Nüsra") terror təşkilatının beş səhra komandiri zərərsizləşdirilib.

7news.Az-ın "RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən, terrorçuların yerinin müəyyənləşdirilməsi üçün çoxsəviyyəli kəşfiyyat sistemindən istifadə еdilib.

Səhra komandirlərinin toplandığı yeri bir neçə kanal təsdiqlədikdən sonra, həmin əraziyə raket-aviasiya zərbələri endirilib. 

"Hava zərbələri nəticəsində səhra komandirləri Əbu Salman Əs-Saudi, Əbu əl-Abbas Anadin, Əbu Həsən, Valid əl-Mustafa, Əbu Mücaid öldürülüb”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilir ki, komandirlərlə birlikdə 32 döyüşçü, döyüş sursatı anbarı və altı avtomobil məhv edilib. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ