Terrorçu-kamikadzelər şəhərin mərkəzində mazut çənini partladıblar.
Suriyanın şimal-şərqində Tell-Tamer şəhərində törədilən partlayışlar nəticəsində 60 nəfər ölüb, daha 90 nəfər xəsarət alıb.
7news.az-ın məlumatına görə, bu barədə SANA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən, belə çox insan itkisinə səbəb, terrorçu-kamikadzelərin şəhərin mərkəsində mazut çəninin partladması olub.
Daha bir partlayıcı şəkər daşıyan yük maşınına quraşdırılıb. Avtomobil ərzaq bazasına çatanda partladılıb.
Üçüncü partlayış isə Suk-əl-Cümə tərəvəz bazarında törədilib.
“Partlayış yerlərində 15 nəfər, daha 45 nəfər isə xəstəxanalarda ölüb. Ölənlərin əksəriyyəti qadındır”, - polisdən bildiriblər.
Terorr aktlarına görə məsuliyyəti İŞİD yaraqlıları öz üzərinə götürüblər.
7news.az








