RU
Suriyada Türkiyənin 4 əsgəri yaralandı
20:45
289

Suriyada Türkiyənin 4 əsgəri yaralandı

Suriyada Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan "Firat qalxanı” hərəkatında bu gün Əl-Bab bölgəsində 4 türk əsgəri yaralanıb.

Sərhədə çatdırılan yaralı əsgərlərdən 2-si təcili tibbi yardım avtomobili ilə Kilis Dövlət Xəstəxanasına, digər ikisi isə Qaziantepdəki xəstəxanalardan birinə yerləşdirilib.
Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi bilinmir.

Qeyd edək ki, "Firat qalxanı” əməliyyatı 111 gündür ki, davam edir./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ