Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fərat qalxanı” əməliyyatının 35-ci günündə Çobanbəy qəsəbəsində gedən döyüşlərdə 3 əsgər yaralanıb.
Yaralı əsgərlər sərhəddən təcili tibbi yardım avtomobili ilə götürülərək Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.
Əsgərlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, Türkiyə "Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyat çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 15-dan çox kəndi terrorçulardan azad edib./qafqazinfo
7news.Az








