RU
Suriyadan atılan raket Türkiyədə restoranı partladıb
00:00
538

Suriyadan atılan raket Türkiyədə restoranı partladıb

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb.

 Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.

Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.

Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ